Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranın gizlətdiyi faciə: Minlərlə gənc öldürülüb

GADTB: “The Sunday Times” qəzeti İrandakı həkimlərə və ölkədən qaçan şahidlərə istinadən dəhşətli rəqəmlər açıqlayıb.

Nəşrin əldə etdiyi yeni hesabatda bildirilir ki, İranda nümayişlərin ilk iki günü ərzində uşaqlar və hamilə qadınlar da daxil olmaqla ən azı 16.500–18.000 etirazçı öldürülüb, 330.000–360.000 nəfər isə yaralanıb. Qurbanların böyük əksəriyyətinin 30 yaşdan aşağı gənclər olduğu ehtimal edilir.

İrandan qaçan şəxslərin verdiyi məlumatda bildirilir ki, yanvarın 9-da təhlükəsizlik qüvvələri etiraz edənlərin hamısına atəş açıb.

“The Sunday Times” əlavə edir ki, bəzi hallarda tibb işçiləri qan bağışlamağa hazır olsa da, təhlükəsizlik qüvvələri yaralılara qan köçürülməsinə icazə verməyib.

Şahidlərin sözlərinə görə, Bəsic qüvvələri cəsədləri küçələrdən yığıb iz itirmək üçün başqa şəhərlərə aparıb, yaxud meyitlərin ailələrə verilməsi üçün iri məbləğdə pul tələb ediblər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …