Cümə axşamı , İyun 25 2026
azfa

İranın hərbi-kosmik obyekti İsrail tərəfindən vuruldu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektinə zərbə endirib. Bununla bağlı, İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib, zərbə endirilən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla ölkənin hərbi-kosmik potensialını inkişaf etdirmək üçün istifadə olunub. Habelə, obyekt, “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrailin peyklərinə zərbə endirmək imkanları” üçün nəzərdə tutulmuşdu.

IDF açıqlayıb ki, həmin obyekt hücumlar nəticəsində artıq məhv edilib. Qeyd olunub ki, “Çamran-1” peyki İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və 2024-cü ilin sentyabr ayında SEPAH tərəfindən kosmosa buraxılıb.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …