Çərşənbə , Aprel 24 2024
azfa

İran rejimi azərbaycanlı alimi edam etməyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Tehranın Evin zindanında həbsdə saxlanılan İsveş-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalini edam etməyə hazırlaşır.

İranın “İSNA” xəbər agentliyi “etibarlı mənbə”yə istinadən bu barədə xəbər yayıb. Bildirilir ki, İran rejimi İsveçdən intiqam almaq məqsədilə Əhmədrza Cəlalininin edam hökmünü may ayında həyata keçirə bilər.

Bunun İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveçdə mühakimə olunması və İsveç prokurorluğunun onun barəsində ömürlük həbs cəzası istəməsinə cavab olaraq ediləcəyi bildirilir.

Əhmədrza Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb və 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçikada da elmi-tədqiqat müəssisələrində də çalışıb.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub.

O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …