Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın oğurladığı ərəb fəal Həbib Esyudun növbəti məhkəməsi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 15 ay öncə Türkiyədən oğurlanaraq İrana gətirilən əl-Əhvaz ərəblərinin “Hərəkətul-nəzal” hərəkatının lideri Həbib Esyudun növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə prosesi rejimin İnqilab Məhkəməsinin 26-cı şöbəsində baş tutub.

Dövlət ittihamçısı fəalı bir neçə terror aktı törətməkdə, Amerika və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib onlardan maddi yardım almaqda, dövlət və ictimai əmlakı dağıtmaqda, eləcə də “yer üzündə fəsad törətmək”də ittiham edib.

Qeyd edək ki, irəli sürülən bu ittihamlar təsdiqlənərsə, İran qanunlarına əsasən, Həbib Esyudu edam hökmü gözləyə bilər.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …