Cümə axşamı , Avqust 18 2022
azfa

İranın qəzeti daxili işlərinə qarışmaqla Azərbaycanı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran rəhbərinə bağlı radikal “Kayhan” qəzeti yenidən anti-Azərbaycan yazısı ilə gündəmə gəlib. Belə ki, “Bakı aldanmasın, İsrail rejimi bitib” başlıqlı yazıda iddia edilir:

“Sionistlərin Azərbaycan Respublikası ərazisində kiber fəaliyyətinin genişlənməsi təkcə sionist rejimin deyil, həm də Azərbaycanın kiber infrastrukturunun da kiber və haker hücumlarının hədəfinə çevrilməsinə səbəb olacaq, ona görə də Azərbaycan bu bitmiş rejimə aldanmamalıdır”.

Uzun illərdir sanki İranın təhlükəsizlik orqanlarına bağlı haker qruplarının başqa ölkələrin dövlət və özəl qurumlarının rəsmi saytlarına kiber hücumlarını unudan qəzet habelə üstüörtülü təhdid yağdırıb: “Sionist rejimin kiber fəaliyyətləri üçün Azərbaycan ərazisini seçməsi hər şeydən çox “Bakı” rəsmilərinin sionistlərin səssiz təhdidlərindən xəbərsiz olduğunu göstərir. Əslində sionistlərin bölgədə mövcudluğu digər ölkələr üçün ciddi regional təhlükə hesab olunduğu üçün, sionistlərin Azərbaycanda, xüsusilə kiber təhlükəsizlik sahəsində fəaliyyətlərinin genişlənməsi, istisna edilmir ki, bu ölkənin də kiber təhlükəsizliyinə kölgə salacaq və bundan sonra sionist rejimlə yanaşı, Azərbaycanın infrastrukturu da haker və kiber hücumların hədəfinə çevriləcək”.

Birbaşa Xameneinin ofisinin, habelə ETTELAAT və SEPAH-ın sifarişi ilə təxribat xarakterli məqalələr dərc edən “Kayhan” qəzetində həmçinin deyilir: “Başqa sözlə, sionistlərin Azərbaycan ərazisində kiber təhlükəsizlik mərkəzi yaratması göstərir ki, sionistlər onlara qarşı kiber hücumların miqyasını başqa ölkələrə də yaymağa çalışırlar. Belə olan halda, digər dövlətlərin də kiber təhlükəsizliyi onların rəəsmilərinin qəfləti ucbatından ciddi təhlükələrlə üzləşəcək”.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …