Şənbə , Aprel 27 2024
azfa

İrqçi faqrs rejim azərbaycanlı fəal Əli Əzizinin mühkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yerləşən 2 saylı məhkəməsinin 107-ci şöbəsində azərbaycanlı milli-mədəni fəal Əli Əzizi mühakimə edilib.

Rejim azərbaycanlı fəalı şərləyərək, bu dəfə “Sosial şəbəkələrdə yalan məlumatlar yaymaq” ittihamı ilə mühakimə edib.

Əli Əzizi “İnstagram” sosial şəbəkəsində “Qərbi Azərbaycanda Semitko cinayəti” və “Anam xalça iplərini asır, məhkəmələr intelektualları, anamın ədalətindən gül yaranır, onlarınkından qəbir” adlıstatuslar paylaşıb. Həmin statuslara görə diktator molla rejiminin fəalı məhkəməyə çəkdiyi bildirilir.

Əli Əzizi məhkəmədə bildirib ki, 1-ci məsələ mənbə və tarix kitabının adı qeyd edilərək yazılıb və yazıdakı bütün mənbələr həqiqəti əks etdirir. Həmin kitablar və onlardan götürülmüş şəkillərdə Semitkonun Qərbi Azərbaycanda törətdiyi cinayətlər tarixi faktlarla sübutlardır. Lakin ETTELAAT Nazirliyi mənbələri silərək, yalnız fotoşəkilləri məhkəməyə təqdim edib.

Qeyd edək ki, Əli Əzizinin zaminə buraxılması üçün 9 iyulda rejimin Təbrizdə yerləşən Ümumi və İnqilab məhkəməsinin 16-cı şöbəsində keçirilmiş məhkəmə prosesində hakimin ona qarşı 500 milyon tümənlik mülki vəsiqə qərarının məbləğini 650 milyon tümənə yüksəltmişdi.

14 sentyabrda isə fəala qarşı irəli sürülmüş saxta “Sistem əleyhinə təbliğat” və “Qanunsuz GAMAC qrupuna üzv olmaq” ittihamı ilə mühakimə edilmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın