Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə olduğunu göstərib.

İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Noornews” saytının yaydığı məlumata görə, respondentlərin təxminən 80 faizi cəmiyyətdə ədalət və bərabərliyin mövcud olmadığına inanır.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların təxminən 60 faizi ölkədə vəziyyətin gələcəkdə yaxşılaşacağına ümid etmədiyini, cəmiyyətin böyük hissəsi isə mövcud iqtisadi təzyiqlərə daha artıq tab gətirə bilməyəcəyini bildirib.

Bundan əlavə, respondentlərin təxminən 70 faizi ölkənin mövcud problemlərinin həlli üçün siyasi dəyişiklikləri ən təsirli yol hesab etdiyini qeyd edib.

Noornews “siyasi dəyişiklik” anlayışını dəqiqləşdirməsə də, sorğuda iştirak edənlərin islahatları zəruri saydıqlarını vurğulayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …