Şənbə , Mart 14 2026
azfa

İrqçi fars rejim Fransanın ballestik raket çağırışına mənfi cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim gərginliyi azaltmaq məqsədilə Fransa XİN-in ballistik nüvə texnologiyası ilə bağlı çağırışına mənfi cavab verib.

Rejimin XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bu barədə açıqlama verərək, Paris hökumətini rakket məsələsini gündəmə gətirməməyə çağırıb. O, İranın raket proqramının müdafiə məqsədi daşıdığını və ölkənin təbii haqqı olduğunu iddia edib.

Qeyd edək ki, Fransa XİN İranın ballistik raket proqramının BMT TŞ-nın 2231 saylı qərarına uyğun olmadığını bildirərək, nüvə silahı daşıya biləcək ballistik raketlərlə bağlı bütün fəaliyyətlərin dərhal dayandırılması çağırışı etmişdi.

 

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın