GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İngiltərənin körfəzə patrul məqsədilə pilotsuz uçuş aparatları (PUA) göndərmək istəməsi regionu daha təhlükəsiz vəziyyətə gətirməyəcək.
“Bu addım körfəzdə təhlükəsizliyin yoxluğuna gətirib çıxarar. İran olmadan heç kim bu regionda təhlükəsizliyi təmin edə bilməz”, – deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, İngiltərə hökuməti körfəzə PUA-lar göndərməyi planlaşdırır.