Çərşənbə axşamı , Mart 21 2023
azfa

İrqçi fars rejim mətbuata senzurada dünyanın ilk on ölkəsindən biridir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim mətbuata senzurada dünyanın ilk on ölkəsindən biridir.

 Jurnalistləri Müdafiə Komitəsi (CPJ) son hesabatında İranı mətbuat senzurası və mustəqil jurnalistlərə qarşı təzyiqlərə görə dünyanın ilk on ölkəsindən biri olduğunu bildirib.

Sentyabrın 10-da yayımlanan hesabatda deyilir ki, İran digər repressiv hökumətlər kimi ənənəvi metodlardan əlavə, medianı susdurmaq üçün rəqəmsal smart filtrləmə və təhlükəsizlik nəzarətindən istifadə edir.

Jurnalistləri Müdafiə Komitəsinin siyahısında Eritreya senzurada dünyada birinci yeri tutur, ardınca Şimali Koreya və Türkmənistan gəlir.

Siyahıdakı digər ölkələr Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, İran, Ekvatorial Qvineya, Belarus və Kubadır.

Hesabat İrandakı senzuranın vəziyyəti haqda yazır: “İran hökuməti jurnalistlərə, onların ailələrinə və yaxınlarına təqib və təzyiq göstərməklə, cəmiyyətdə qorxu atmosferi yaradıb.

Belə bir şəraitdə İranın daxili Mediası hökümətin ciddi nəzarətinə tabe olmalıdır. Qeyri-hökumət təşkilatına görə, İranda Media sahəsində çalışan bütün jurnalistlər “xəbər fəaliyyəti üçün hökumətdən icazə” almalıdırlar. Ayrıca, bir çox hallarda media fəaliyyəti üçün bu lisenziyalar mütəmadi olaraq dayandırılır və ya tamamilə ləğv edilir.

İranla bağlı “CPG” təşkilatının hesabatında həmçinin yazılıb: “Hazırda İranda bir neçə xarici xəbər agentliyi fəaliyyət göstərir. Habelə, bir çox hallarda beynəlxalq KİV-ə, o cümlədən ingilis dilli media üçün İranda yaşayan xarici jurnalistlərin lisenziyası qeyri-müəyyən müddətə dayandırılır. Bəzi hallarda onların iş icazələri həmişəlik ləğv edilir”.

Hesabatda qeyd olunur ki, İran hakimiyyəti korrupsiya, etirazlar və ya insan hüquqları kimi həssas hökumət məsələlərini işıqlandıran jurnalistləri uzun müddətli həbs və azadlıqdan məhrumetmə kimi ağır cəzalarla tənbeh edir.

Jurnalistləri Müdafiə Komitəsi əlavə edib ki, İran hökuməti həmçinin yerli və xarici müxbirlərə qarşı casusluq etmək, peyk şəbəkələrinə filtr dalğaları göndərmək və milyonlarla veb sayt və sosial şəbəkəni bağlamaqla İnternetdə ifadə azadlığını da nəzarətdə saxlayır.

Komitə İranla bağlı hesabatın sonunda, Tehran Bələdiyyəsində korrupsiya hallarını ifşa etdiyinə görə bu ilin fevral ayında 5 il həbs cəzasına məhkum edilmiş iranlı jurnalist və “Memari News” saytının baş redaktoru Yaşar Sultaninin işinə toxunur.

Bu yaxınlarda Parisdə fəaliyyət göstərən Sərhədsiz Reportyorlar Təşkilatı qadın jurnalistlərin və media fəallarının son həbslərinə toxunaraq, İranı qadın jurnalistlər üçün dünyanın ən böyük həbsxanası adlandırıb.

Həmçinin yoxlayın

Ukrayna Krımda Rusiyanın təyyarə və helikopterləri olan hava limanını vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımın Canköy şəhərində Ukraynanın raketlərlə zərbə endirdiyi hava …

Britaniya molla rejimin terrorçu Sepah təşkilatına sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya bazar ertəsi silahlı təşkilatın maliyyə sərmayələrinin idarə …

Bir cavab yazın