Cümə , Fevral 13 2026
azfa

İrqçi fars rejim qonşu ölkələr vasitsilə sanksiyaları yardığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim qonşu ölkələr vasitsilə sanksiyaları yardığını deyir.

Rejimin iddiasına görə, neft məhsullarının ixracı 13 faiz artıb. Sanksiyalara baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.

“İRNA” agentliyinin yazdığına görə, məhsullar əsasən 13 qonşu ölkə ilə aparılıb. İxracatçılar ilin əvvəlindən13 ölkənin bazarı ilə maraqlandığına görə, rəsmi səviyyədə bununla bağlı plan hazırlayıb.

“Ticarət əlaqələrinin genişləndirilməsi, xüsusilə neft ixracının artırılması ABŞ sanksiyalarından çıxmağın ən yaxşı üsuludur”, – deyə İran Ticarətin İnkişafı Təşkilatının direktor müavini Həmid Zəbdum deyib.

“Qonşu ölkələrlə yanaşı, Çin, Hindistan, İndoneziya, Vyetnam və Tayland kimi ölkələr də ixracatda əsas istiqamətlərdir və bu ölkələrə nəql artıb”, – deyə qurum rəsmisi vurğulayıb.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın