Çərşənbə axşamı , Mart 28 2023
azfa

İrqçi fars rejim uranın normadan artıq zənginləşdirməsinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim nüvə sazişi ilə nəzərdə tutulmuş 3.67 faizdən daha yuxarı səviyyədə uranın zənginləşdirilməsinə başlandığını açıqlayıb.

Bu barədə rejimin Xarici İşlər naziri Abbas Arakçi açıqlama verib.

İran tərəfi uranın zənginləşdirilməsini ölkənin elektrik stansiyalarının tələbatını ödəyəcək həcmdə yüksəldəcək.

Arakçinin sözlərinə görə, sözügedən qərar ABŞ-ın birtərəfli qaydada müqaviləni tərk etməsindən sonra yaranan mənfi nəticələrin aradan qaldırılması üçün müqavilənin avropalı iştirakçılarına verilən 60 günlük müddətin bitməsi ilə əlaqədar qəbul edilib. ABŞ isə rejimin nüvə müqaviləsində çıxmasının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Güney azərbaycanlıların Brüssel yürüşü. Nə oldu?!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycan, əl-Əhvaz və Bəluçistanın ortaq dərdi: “Azadlıq, Ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı milli fəallar Azərbaycan, əl-Əhvaz və …

Bir cavab yazın