GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Zərif istefası ilə bağlı yazdığı İstegramda statusda bu barədə məlumat yayaraq, xalqa və hakim dairələrə təşəkkür edib və daha öz vəzifəsini icra edə bilməyəcəyini bildirib.
İran yerli media orqanlarından bir çoxu Xarici İşlər Nazirliyinə istinadən, xəbərin doğruluğunu təsdiqləyiblər. Onun istefasının səbəbləri açıqlanmayıb. Lakin hökumət daxilində terrorizmi dəstəkləmə və çirkli pulların yuyulması məsələsi, eləcə də Suriya məsələsində ixtilafların və böhranlı vəziyyətin olmasının bu istefaya səbəb olduğu ehtimal edilir.