Çərşənbə , Aprel 24 2024
azfa

İrqçi fars rejimi azərbaycanlı fəal Ulduz Qasimini Urmiyada yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir gün əvvəl irqçi fars rejimin məmurlarının ata evinə hücuk etdiyi azərbaycanlı fəal Ulduz Qasimi sentyabr ayının 5-də Urmiyada qardaşı Rəhman ilə birlikdə yaxalıandı.

Azərbaycanlı bacı və qardaş irqçi və işğalçı fars rejimin Urmiyada yerləşən ETTELAAT İdarəsinin təcridxanasına salınıblr. Lakin Rəhman Qasimi 2 saat işgəncə altında dindirildikdən sonra sərbəst buraxılıb. Ulduz Qasimi isə hələ də ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır. Fəalın vəziyyəti barədə dəqiq məlumat yoxdur.

İrqçi fars rejimin ETTELAAT İdarəsinin məmurları Ulduz Qasimidən məcburi etiraf almaq məqsədilə ona təzyiq göstəriblər. Lakin U.Qasimi onların saxta suallarının heç birinə cavab verməyib.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini yaxalamaq üçün sentyabrın 4-də onun ata evinə hücum etmişdi.

Rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan zorla evə daxil olaraq, axtarış aparmışdılar. Axtarış nəticəsində Ulduz Qasimiyə aid bir çox kitab və evdə olan elektron kommunikasiya vasitələri məmurlar tərəfindən götürülmüşdü.

Rejimin təhlükəsizlik qüvvələri həmçinin Ulduz Qasiminin anasına çağırış vərəqəsi göstərərək, fəalın sentyabrın 5-də irqçi fars rejimin “Doqquz pillə” Polis İdarəsinin Təhlükəsizlik bölməsinə müraciət etməsini tələb etmişdilər. Onlar fəalın anasını təhdid edilərək, bildirmişdilər ki, Ulduz təyin edilən vaxtda müraciət etməsə cəzalandırılacaq.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın