Çərşənbə , Oktyabr 21 2026
azfa

İrqçi fars rejimi ögey münasibəti nəticəsində Təbrizdə daha bir tarixi abidə məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin düşmənçiliyi nəticəsində Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi abidə olan  Mirzə Hüseyn Vaizin evi dağıdılıb.

Qacarlar dövrünə aid olan həmin tarixi abidə Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Əl İşləri və Turizm İdarəsinin laqeydliyi nəticəsində sökülüb.

Evin sahibi Mirzə Hüseyn Vaiz Məşrutə hərəkatının tanınmış simalarından və məşhur maarifçi Həsən Rüşdiyyənin xalası oğlu olub.

Təbriz şəhərindən olan Vaiz əvvəlcə məsciddə moizə oxuyarmış. O Qafqaza gediş-gəlişi sayəsində azadlıq hərəkatına meyl etmiş və siyasi azadlıq uğrunda mübarizəyə başlamışdı.

Mirzə Hüseyn Vaiz məşrutə hərəkatına qoşulduqdan sonra Təbriz Əncüməninin başçısının müavini olmuşdu.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türklərinin assimilyasiyasını sürətləndirmək məqsədilə onların tarixi abidələrinin dağıdılması üçün əllərindən gələni edirlər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın