İrqçi fars rejiminə qarşı sanksiyalardan sonra xarici şirkətlər bir-bir İrandan çıxır

Britaniyanın enerji nəhəngi “British Petroleum” ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar İrandakı layihələrini dondurduğunu elan edib.

Bundan əvvəl İranın Cənub Fars qaz yatağınının işlənilməsini həyata keçirən Fransanın “Total” şirkəti də oxşar bəyanatla çıxış etmişdi.

Bu arada isə ABŞ Maliyyə Nazirliyi 5 İran vətəndaşını sanksiya siyahısına daxil edib.

Sanksiya tətbiq edilən şəxslər İran İslam İnqilabı Keşikçiləri Korpusuna dəstək verməkdə günahlandırılır.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb.

Həmçinin yoxlayın

Molla rejimi özünü təhlükədə görüb geri addım atdı; SEPAH komandanı İrana bağlı yaraqlılardan ABŞ-a qarşı təxribat etməmələrini istəyib

GADTB: “Əş-Şərq Əl-Əvsət” qəzeti xəbər verir ki,  SEPAH-ın Qüds qanasının komandanı İsmayıl Qaani İraqa son …

Urmiyadan qayıdarkən azərbaycanlı cütlük həbs edilib

K GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Təbriz yolunda azərbaycanlı fəallar Ulduz Qasimi …

Bir cavab yazın