Cümə axşamı , Mart 23 2023
azfa

İrqçi fars rejimin fitvası ilə Tikantəpədə kürd terrorçuları fəallaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, itrqçi fars rejimin terrorçu kürdləri Azərbaycana qarşı dəstəkləməsi nəticəsində Güney Azərbaycanı tarixi ərazilərinə kürdlər köçür. Bunun ardınca isə Azərbaycanın əzəli əraziləri kürd terrorçuların at oynatdığı məkana çevrilir. Həmin bölgələrdən biri də Güney Azərbaycanın tarixi Tikantəpə şəhəridir. Son vaxtlar Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində kürd terror qruplaşmaları tərəfdarlarının daha çox fəallaşdığı gözə çarpır.

Güneydən gələn məlumata görə, bir qrup radikal mühacir kürd Tikantəpədə kürd terror qruplaşmalarına açıq-aşkar dəstək nümayiş etdirib. Terrorçular bu məqsədlə terrorçu qruplar və İraq Kürdistanı Demokrat Partiyasına dəstək verən bildiriş, kürd terrorçuların bayrağını və yazılı parçalar nümayiş etdiriblər.

Həmçinin terrorçular Tikantəpədə terrorçu kürd təşkilatlarının keçmiş rəhbərlərindən və Azərbaycan türklərinin qatili Əbdülrəhman Qasimlunun təsvirini nümayiş etdiriblər. O  1979-cu ildə İranda inqilab baş verdiyi zaman fürsətdən istifadə edərək Güney Azərbaycan torpaqlarında Kürdistan yaratmaq istəyən kürd dəstələrinə rəhbərlik edib və Sulduz şəhərində qətlam törətmişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın