Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejimin həbs etdiyi dr.Məhərrəm Kamranı sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin təhlükəsizlik qüvvələri oktyabr ayının 25-də öz iş kabinetində həbs etdikləri azərbaycanlı milli-mədəni fəal və həkim, doktor Məhərrəm Kamranini sərbəst buraxıblar.

Fəalın nədə ittiham edildiyi və hansı şərtlərlə sərbəst buraxılması barədə məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal və həkim, doktor Məhərrəm Kamrani oktyabr ayının 25-də öz iş kabinetində həbs edilmişdi.

Şahidlərin bildirdiyinə görə azərbaycanlı həkimin komputeri, mobil telefonu və digər əşyaları məmurlar tərəfindən zəbt edilmişdi.

Məmurlar həkimi öz kabinetinə sorğu-suala çəkdikdən sonra onu öz mənzilinə aparıb və 3 saat sorğu-sualdan sonra əlləri və gözü bağlı şəkildə naməlum istiqamətə aparılmışdı.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın