GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasdəti nəticəsində Güney Azərbaycandan fars bölgələrə sərmayə axını güclənib. Bunun nəticəsində Güney Azərbaycanda ciddi iqtisadi tənəzzül hökm sürür. Azərbaycanın sərvətləri məqsədli şəkildə farslar yaşayan bölgələrə daşınır. Bu müstəmləkə siyasətinə bəzən Güney Azərbaycandan yerli məmur və məsullar da etiraf etmək məcburiyyətində qalırlar.
Hafmən Şirkətinin idarə heyətinin üzvü və icraçı müdiri Məhəmməd Həmidiyyə bu məsələyə toxunaraq, deyib: Şərqi Azərbaycan vilayətinin sənayesi yaxşı vəziyyətdə deyil. Bu vilayətdə 52 fəal və qeyri-fəal sənaye şəhərciyi vardır. Bir zamanlar bura sənaye qütbü hesab edilirdi. Lakin indi geri saxlanılıb.
Həmidiyyə vilayətin sənaye potensialı barədə deyib ki, Şərqi Azərbaycanda böyük sənaye kadrı vard idi və hamısı da xüsusi sektorun hesabına formalaşmışdı. Lakin bu vilayətdən sərmayə axını Azərbaycanın sənayesinə ciddi zərbə vurmuşdur.