Bazar , Sentyabr 27 2026
azfa

İrqçi fars rejimin nüvə proqramı dünyada böyük etirazla qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəli nüvə proqramı nünyada böyük etirazla qarşılanıb.

Avropa İttifaqının İran nüvə proqramı ilə bağlı açıqlamasında bu barədə deyilib ki, İranın verdiyi qərara görə narahatıq.

Həsən Ruhaninin “Fordo” nüvə stansiyasında 1044 santifruqedən istifadə edəcəklərini açıqlamasına reaksiya verənlər arasında İttifaqla yanaşı Fransa da var. Xarici İşlər Nazirliyindən verilən açıqlamada “İranın verdiyi açıqlamalar 2015-ci il razılaşmasına ziddir. İranın fəaliyyətləri məsələsində UAEA-dan gələcək hesabatı gözləyirik. Fransa 2015-ci il razılaşmasına sadiqliyini davam etdirir və İranın qərarlarını nəzərdən keçirməsi üçün xəbərdarlıq edir” ifadələri işlənib.

Kremldən verilən açıqlamada isə İranın ona qarşı tətbiq edilən sanksiyalardan dolayı narahatlıqlarını anlayışla qarşıladıqları qeyd olunub: “İrana qanundankənar sanksiyalar tətbiq edilir. Razılaşmaya dair prosesləri isə narahatlıqla izləyirik. Rusiya razılaşmanın qüvvədə qalmasının tərəfdarıdır”.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın