Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimin öldürdüyü qaşqay türklərindən birinin kimliyi bilindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin öldürdüyü qaşqay türklərindən birinin kimliyi  məlum olub. Rejimin qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülən Qaşqay türkü Məcid Haşimi Dərəşuridir.

İki uşaq atası olan Məcid Haşimi Dərəşuri Şirazdan Şimalda yerləşən qaşqay türklərinin Sədra şəhərindəndir. Həmin qaşqay türkünün cənazəsinin çərşənbə günü ailəsinə təhvil verildiyi və artıq dəfn edildiyi bildirilir.

Qeyd edək ki, irqçi fars rejim təkcə Sədra şəhərində 20 nəfərdən çox insanı öldürüb. Həmin şəhərdə imam cümənin evi ətrafına toplaşan etirazçılar rejimin hərbi helikopterinin hücumuna məruz qalıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın