Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin polisi urmiyalı gənci döyərək öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin polis məmuru tərəfindən ağır bədən xəsarətləri yetirilərək son bir həftə koma vəziyyətində qalan 19 yaşlı urumiyli gənc oğlan ötən gün həyatını itirib. Motosikletlə kuryer işi ilə məşğul olan vətəndaşın döyülməsi və öldürülməsinin mərhumun motosiklet idarə etmək üçün vəsiqəsinin olmaması ilə əlaqəli olduğu deyilir.

Oktyabrın 7-də Əli Xudayi adlı Urumiya sakini polis məmuru tərəfindən döyülməsi nəticəsində həyatını itirib.

Mərhumun ailəsinə yaxın bir mənbə deyib: “Sentyabrın 30-u bazar ertəsi, Əli Xudai hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülərək başından aldığı ağır xəsarətlər nəticəsində komaya düşüb. Nəhayət o 7 gün komada qaldıqdan sonra ötən gün həyatını itirib”.

Mənbə əlavə edib: “Bacısının xərclərini də təmin edən Əli dolanışıq üçün kuryer olaraq çalışırdı və hadisənin baş verdiyi gün Urmiyanın Şahroxabad rayonunda Səhər parkının yaxınlığında motosiklet vəsiqəsinin olmaması səbəbindən saxlanılır və F. Mustafazadə adlı polis məmuru tərəfindən başından vurularaq komaya salınır”.

Onun cəsədinin dünən torpağa tapşırıldığı, lakin həmin polis əməkdaşının indiyədək məsuliyyətə cəlb olunmadığı deyilir.

Həmçinin yoxlayın

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

Bir cavab yazın