İrqçi fars rejimin saxlanılan qaçaq neft daşıyan tankeri sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 15-də Britaniya hakimiyyəti altında idarə edilən Cəbələttariq məhkəməsi İranın Grease-1 super neft tankerinin sərbəst buraxılması haqqında qərar verib.

Məhkəmə qərarı açıqlandıqdan bir neçə saat əvvəl ABŞ Ədliyyə Nazirliyinin həmin neft tankerini təhvil almaq istədiyi deyilib. Lakin “Cəbəllutariq kronikal” qəzeti Cəbəlüttariq məhkəməsinə ABŞ Ədliyyə Nazirliyindən heç bir müraciət daxil olmadığını qeyd edib.

Məhkəmə, bölgə rəsmilərinin İran tankerinə qoyulan qadağanı ləğv etdiyini bildirib, ancaq səbəbini açıqlamaqdan imtina edib.

Həmçinin bundan öncə gəmidən azad edilən şəxslər arasında 3 ekipaj üzvü və bir kapitan olub.

Qeyd edək ki, Qreys-1 Cəbəllütariqdə Suriyaya neft daşıma ittihamıyla saxlanılmışdı.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın