Çərşənbə , Oktyabr 21 2026
azfa

İrqçi fars rejimin üç etirazçıya edam qərarı dünyada etirazla qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin noyabr etirazlarında iştirak edən 3 nəfərə edam qərarı çıxarması Güney Azərbaycanda və İran adlanan ölkədə etirazla qarşılanıb. Bununla yanaşı həmin qərar dünya səviyyəsində də etirazla qarşılanıb.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və bir neçə dünya ölkəsinin rəsmiləri İrandan noyabr etirazlarında tutulan 3 nəfərin edam qərarının ləğv edilməsini tələb edib.

Bununla nağlı Tramp öz “Twitter” hesabında fars dilində müraciət ünvanlayıb: “İranda üç nəfər etiraz aksiyalarında iştirak etdiyi üçün edama məhkum edilib. Onların hər an edam edilə biləcəyi gözlənilir. Onların edamı dünyaya acınacaqlı mesaj göndərir və bu hal baş verməməlidir”.

Bundan əlavə İsveçin Xarici İşlər naziri Ann Linde də bu məsələdən narahat olduqlarını bildirərək, ölkəsinin hər zaman və hər bir yerdə edama qarşı olduğunu açıqlayıb.

Danimarkanın Xarici İşlər naziri Yep Kofod isə rəsmi Tehranı qərara yenidən baxmağa çağırıb: “Üç gəncə qarşı İranda keçən il keçirilmiş etiraz aksiyalarında iştirak etdikləri üçün çıxarılmış edam qərarının təsdiqlənməsindən narahatıq. İranda insan haqlarının pozulması və edam qərarından cəzalandırma yolu kimi istifadə edilməsinin davam etməsi narahatlıq doğurur”.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Bir cavab yazın