Şənbə , Aprel 20 2024
azfa

İrqçi farslar türk dilində kino çəkən türklərə təzyiqə başlayıb- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar şovinistcəsinə türkcə film çəkən azərbaycanlılara təzyiq göstərirlər.

İrqçi fars rejimin Fəcr Kino Festivalında nümayiş etdirilən türkcə-farsca “Atabay” filminin mətbuat konfransında qızğın mübahisə yaşanıb. Ssenarist Hadi Hicazifər filmin türk dilində çəkilməsinə etiraz edən jurnalistə deyib ki, jurnalistin düşüncələri “faşist düşüncədir”.

Mən səninlə bir türk olaraq danışıram. Filmin yazarı olaraq danışıram. Sənin düşüncən faşist düşüncədir.

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində türk və fars dillərində çəkilmiş Atabay filmi xüsusilə rejissor və prodüseri olan Niki Kərimi sayəsində İran mətbuatı və kinosevərlərin diqqət mərkəzindədir. Atabay aktrisa kimi beynəlxalq şöhrət qazanmış Niki Kəriminin rejissor olaraq çəkdiyi beşinci kinofilmdir.

Filmin mətbuat konfransı cümə günü 38-ci Fəcr Kino Festivalının 7-ci günündə keçirilib. Mətbuat konfransında kino jurnalisti Əmir Fərzullahi filmin türk dilində çəkilməsinə etirazını bildirib.

Kim demiş ki, biz hökmən fars dilində film çəkməliyik?

Jurnalist soruşub: “İranın rəsmi dili farscadır. Bu necə bir film istehsalıdır ki, iranlı izləyici bir İran filmini İranda farsca alt yazı ilə izləməli olur?”

Rejissor Niki Kərimi İranda danışılan müxtəlif dillərdə kifayət qədər film çəklimədiyini önə çəkib.

 “Əslində mən bunu qəbul etmirəm ki, filmlərin dili mütləq farsca olmalıdır. Hətta mənim fikrimə görə, biz İranda mövcud olan müxtəlif dillərdə çox az çalışmışıq. Kim deyib ki, biz hökmən fars dilində film çəkməliyik?” İranın film ulduzu sual edib.

Atabay filminin ssenaristi və baş rol ifaçısı Hadi Hicazifər isə jurnalistin düşüncəsini “faşist düşüncə” olaraq dəyərləndirib.

“Mən səninlə bir türk olaraq danışıram. Filmin yazarı olaraq danışıram. Sənin düşüncən faşist düşüncədir…” Hadi Hicazifər onun sözünü kəsməyə çalışan və ucadan danışmaqda davam edən jurnalistə bildirib. “Sənin və başqa heç kimsənin türk dilini aşağılamağa haqqı yoxdur. İranın konstitusiyasına görə, türk ədəbiyyatı universitetdə türk dilində tədris edilməlidir. Mən sizə təəssüf edirəm, və tərəddüdsüz deyirəm ki, baxışın faşist baxışdır. Bunu yüksək səslə deyirəm. Bu ortaya çıxan separatçılıq düşüncələri də bu baxışın məhsuludur.”

Teatr rejissoru, ssenarist və aktyor Hadi Hicazifər əslən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindəndir. O, son illərdə İran kinosunun bir neçə filmində baş rolları ifa edib.

Atabay filmində rol alan aktyor Cavad İzzəti və aktrisa Səhər Dövlətşahi də son illərdə kinoda ən populyar simaları arasında yer alıblar. Filmin musiqisini məşhur bəstəkar Hüseyn Əlizadə bəstələyib.

fars irqçisi türkcə filmin hazırlanmasına etiraz edir

Publicerat av Ali Huseyn Fredag 7 februari 2020

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın