Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrqçi rejim münsiflər heyətinin üzvü Rüqəyyə Kəbirini Təbriz Universitetinə buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi rejimin məmurları yazıçı və qısa hikayə müsabiqəsinin münsiflər heyətinin üzvü Rüqəyyə Kəbiri Təbriz universitetində qaliblərin elan olunduğu mərasimə buraxmayıb.

Məlumata görə, fevralın 10-da Təbriz universitetində keçirilən mərasim zamanı münsiflər heyətinin türk üzvləri universitetə buraxılmayıb. Mükafatlandırma proqramı sonra ümumiyyətlə ləğv olunub.

Qeyd edək ki, R.Kəbiri mərasimə rəsmi şəkildə dəvət olunub.

Əksər hikayələrini türkcə yazan Rüqəyyə Kəbiri bildirib ki, mən kimsə deyiləm, mən bu ölkədə türk bir yazıçıyam. Təşkilatçıların israrı ilə mərasimə dəvəti qəbul etdim. Fevralın 10-da universitetə yalnız münsiflər heyətinin bir üzvü (fars dilində yazan yazıçı) buraxıldı. Halbuki, müsabiqə fars və türk dillərində keçirilirdi. Mən və münsiflər heyətinin fars dilində yazan digər üzvü birlikdə mərasimə qatılmaq istədik. Mənim girişimə mane olunduğu zaman “Ev” hikayəsinin (müsabiqədə seçilmiş birinci əsər) qəhrəmanı kimi başqalarından qorxuya qurban getdiyimi düşündüm. Evə gedərkən isə “qırmızı hikayə”ni (müsabiqədə üçüncü yeri qazanmış əsər) düşünürdüm.

Rüqəyyə Kəbiri yazıb:

“Ana dilində əsər yazmaq mənim təbii haqqımdır. Bu hüquq ölkə konstitusiyasında da öz əksini tapıb. İran çoxmillətli ölkədir. Burada bütün millətlərin həyat və öz mədəniyyətlərinə uyğun mədəni əsərlər yaratmaq hüququ var. İncəsənət və ədəbiyyat dünyası o qədər geniş bir dünyadır ki, onu bir mərkəzçi cərəyanın qəlibində məhdudlaşdırmaq olmaz.”

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın