Cümə axşamı , Oktyabr 22 2026
azfa

İşğalçı fars rejim sanksiyalara görə neftinə alıcı tapa bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sanksiyalara məruz qalan irqçi fars rejim bir milyon barel nefti sata bilməyib.

Yanvarın 21-də Tehran birjasında 1 milyon barel neft satılmamış qalıb. Səbəb tələbin olmamasıdır.

Neftin bir barelinin qiyməti 52,42 dollar olub, ancaq tələblər getdikcə azalıb və günün sonunda satılmamış elan olunub.

Noyabr ayında ABŞ-ın irqçi fars rejimə qarşı tətbiq etdiyi növbəti sanksiyalar neft bazarının həcmini kiçildib. İran sanksiyalardan yayınmaq üçün nefti Tehran birjasında satır.

Neft Nazirliyinin məlumatına görə, 2018-ci il oktyabrın 28-də bareli 74,85 dollara bir milyon barel, noyabrın 11-də isə bareli 64,97 dollara 700 min barel neft satılıb.

 

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın