Cümə axşamı , Fevral 12 2026
azfa

İsrail irqçi fars rejimlə müharibəyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.

İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.

O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri “proksi müharibədən birbaşa münaqişəyə keçib”.

“Bizimlə (İsraillə – red.) İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, – israilli nazir əminliklə deyib.

O ki qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.

“Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”, – Xaneqbi qeyd edib.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın