GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Tehran, Xuzistan və İlam vilayətlərində İranın hərbi obyektlərinə hücum edib. Artıq İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.
İsrail Müdafiə Ordusunun Mətbuat xidməti bildirib ki, bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı.
“Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi”, – odrunun açıqlamasında deyilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır.
Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.
Wall Street Journal-ın (WSJ) məlumatına görə, ABŞ rəsmisi İsrailin İrana hücumunun bir neçə mərhələdə həyata keçirildiyini açıqlayıb.
Tehranın Parçin bölgəsində yerləşən hərbi-sənaye bazasında partlayışlar olub.SEPAH-ın ən vacib obyektlərindən biri bu gün İsrail tərəfindən hədəfə alınıb
Modərres hərbi bazası və ballistik raket istehsalı kompleksi vurulub.
Tehranın qərbindəki Kərəc bölgəsində və şəhərin cənubundakı Xomeyni hava limanı ərazisində partlayışların baş verməsinə dair yeni görüntülər yayılıb.
Kəşfiyyat məlumatlarına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın son bir ildə bu ölkəyə atəş açdığı raket istehsalı obyektlərinə zərbələr endirib. Eyni zamanda raket sistemləri və İranın əlavə hava hədəfləri də hücuma məruz qalıb. İsrail hücum edən təyyarələrinin hamısının əməliyyatdan onra artıq İsrailə qayıtdığını açıqlayıb.