Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İsveç prokuroru İranda kütləvi edamların icraçısına ömürlük həbs cəzası tələb edib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsveç prokuroru ölkə məhkəməsində hərbi cinayətlər və qətl ittihamları ilə mühakimə olunan, 1988-cı illərdə İranın Kərəc şəhərinin “Qohərdəşt” həbsxanasının prokuror köməkçisi olmuş Həmid Nuriyə ömürlük həbs cəzası tələb edib.

Aprelin 28-də İsveçin paytaxtı Stokholmda keçirilən məhkəmə iclasında prokuror Kristina Lindof Karlson Həmid Nurinin cinayətlərinin sübuta yetirildiyini, onun çox sayda insanın ölümündə rol oynadığını və buna görə ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib.

Həmid Nuri adlı 60 yaşlı keçmiş prokuror köməkçisi 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub. Xaricdə yaşayan iranlı müxaliflər onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və spirtli içki vəd ediblər.

Qeyd edək ki, 1988-ci ilin iyul-sentyabr aylarında İran zindanlarında minlərlə siyasi məhbus edam edilib. İran inqilabının banisi Ruhullah Xomeyninin bir başa tapşırığı ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri İranın hazırkı prezidenti İbrahim Rəisi olub.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …