Cümə axşamı , Dekabr 26 2024
azfa

Kəleybər kəndində qədim tunel kəşf edilib

GADTB: Güney Azərbaycanın Kəleybər bölgəsində qədim tunel aşkar olunub.

Tunel müxtəlif ölçülərə malikdir. Tunel kəndin Hərəmlər adlanan ərazisində yerləşir və onun yaxınlığında İslamdan əvvəlki dövrə aid qəbirlər mövcuddur.

Kənd camaatının dediyinə görə, onların indiyədək belə bir yerin olmasından xəbərləri olmayıb.

Tuneldə insanlar rahat gəzə bilirlər, divarlarında isə şamlar üçün yerlər var.

Kənd sakinləri bildiriblər ki, bəziləri əvvəllər də bu ərazinin ətrafında köhnə saxsı qablar tapıblar, ona görə də bu məsələ mənfəətpərəstlərin və fürsətçilərin diqqətini cəlb edə bilər.

Bəziləri deyirlər ki, yəqin ki, bu tunellər İslamdan əvvəl insanların ibadət yeri olub. Hər halda məsələnin ekspertlər tərəfindən araşdırılmasına ehtiyac var.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …