Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Kərəcin Gövhərdəşt zindanının siyasi məhbuslarının BMT-nin baş katibinə müraciəti

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Kərəcin Gövhərdəşt zindanının siyasi məhbusları BMT-nin baş katibi Antonio Quttereşə məktub yazaraq, İran dövlətinin yalan iddialarına baxmayaraq, İranda insan haqlarının yaxşılaşmadığını bildiriblər. Onlar qeyd ediblər ki, Kərəcin Gövhərdəşt zindanından əlavə Tehranın evin zindanında da siyasi məhbuslara təzyiqlər artıb və onların hüquqları pozulur.

Siyasi məhbuslar həmçinin açıq havada tənəffüsdən belə məhrum edildiklərini bildirirlər. Onların yazdığına görə, məhbusları telefon əlaqəsi və tibbi müayinədən də məhrum ediblər. İcazəli mətbuatın belə həbsxanaya gətirilməsinə qadağa qoyulub.

Siyasi məhbusların mətubunda həmçinin qeyd edilib ki məhbuslar 60 kamera və 180 dinləmə cihazı ilə nəzarət altında saxlanılır. Etiraz üçün onlara heç bir yol qalmamışdır. Onlar həbsxananın koridorlarında yaşamağa məcbur edilirlər və vəziyyətləri son dərəcə dözülməzdir.

Siyasi məhbuslar sonda BMT-nin baş katibinin İranda insan haqlarına dair hesabata diqqət yetirmələri və lazımi tədbir görmələrini xahiş ediblər.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …