İran rejiminin təzyiqləri Təbrizdə Tirəxtur tamaşaçılarının sayını azaldıb

GADTB-nin mətbuat mərkəzi “Yavanlıx” mədəniyyət qrupunun hazırladığı məlumata istinadən yaydığı məlumata görə, Azərbaycanın Tirəxtur komandasının Təbrizdə yarışlarına gedən tamaşaçıların sayı azalıb. Buna isə İran rejiminin planlı şəkildə cəddi maneələr törətməsi səbəb kimi göstərilir.

Məlumata görə, Tirəxtur tamaşaçıları İran rejimin əmniyyət qüvvələrinin ciddi təzyiqi ilə qarşılaşır. Bundan əlavə, süni maneələr törədib, tamaşaçıların yarışa tamaşa etmələrini çətinləşdiriblər. Yarışa stadionda tamaşa etmək istəyən tamaşaçı uzun məsafəni piyada qət etməlidirlər. Bu da onların stadion ətrafında təxminən 1 saat vaxtı və enerjisinin boşuna itməsinə səbəb olur. Həmçinin tamaşaçıların avtomobillərinin də stadionun parkinginə daxil olmasına mane olurlar. Bunlardan əlavə ən kiçik bəhanə ilə tamaşaçılar yaxalanıb, işgəncə və həbsə məruz qalırlar. Bu qərəzli və məqsədli hərəkətləri ilə rejim Azərbaycanın Tirəxtur komandasının tamaşaçılarının sayını azaldır.

Yavanlıq qrupunun hazırladığı videonu Sizə təqdim edirik:

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …