Cümə axşamı , Aprel 25 2024
azfa

Kərəcin Rəcayişəhr zindanına köçürülən Əmir Səttari aclıq aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hüquqlarının pozulmasına görə etiraz olaraq aclıq aksiyası keçirən Əmir Səttari irqçi fars rejimi tərəfindən Kərəcin Rəcayişəhr zindanına köçürüləndən sonra aclıq aksiyasına davam edir.

Məlumata görə, Əmir Səttari ailəsinin israrı ilə su içməyə razılaşıb, lakin o aclıq aksiyasını dayandırmaqla razılaşmayıb.

Səttari ailəsi 2019-cu il iyunun 20-də azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin yaxın dostlarına bu barədə məlumat veriblər. onlar deyiblər: “Əmirlə əlaqə saxlayaraq ondan aksiyasını dayandırmağı istədik. O aksiyasının 11-ci günündə su içməklə razılaşdı, lakin aclığı davam etdirməkdə israrlıdır”.

Qeyd edək ki, Əmir Səttari iyunun 19-da, aclıq aksiyasının 10-cu günündə Ettelaat İdarəsinin qərarı ilə Rəcayişəhr zindanına köçürülüb.

Aclıq edən güney azərbaycanlı fəalların Rəcayişəhr zindanına köçürülməsi faktına bundan əvvəl də rast gəlinib.

Əmir Səttari Rəuf Təbrizin Mərkəzi Zindanında başlatdığı aclıq aksiyasının 8-ci günündə “quru aclıq aksiyası”na keçdiyini bildirmişdi.

Fəalın ailə üzvləri onun vəziyyəti ilə bağlı məlumat almaq üçün şəhər prokurorluğu və Təbriz zindanına müraciət ediblər. Onlar aldıqları məlumata əsasən fəalın quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləyib.

Bundan əvvəl bir qrup güney azərbaycanlı mədəni fəal İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq zindan məsullarının bu hərəkətini kəskin şəkildə qınayıb və fəalın dosyesinə yenidən baxılmasını tələb ediblər.

İyunun 10-da aclığa başlayan fəalın sağlıq durumunun ağır olduğu bildirilir. O yeni məhkəmə işinin açılması ilə nəticələnən dosyesindəki iradlar və müdaxilələrə etiraz olaraq aksiyaya başlayıb. Məlumata görə, fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Məhkəmənin yeni hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

Fəal aksiyasının 3-cü günündə bir səs faylı yayaraq təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxilə etməsinə etiraz olaraq aclığa başladığını bildirib. O təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu vurğulayıb. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan edib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın