Bazar ertəsi , Noyabr 30 2026
azfa

Kanada Çinin Şərqi Türküstanda uyğur türklərinə qarşı zülmə son qoymağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada Çinin Şərqi Türküstanda uyğur türklərinə qarşı zülmə və toplama kamplarına son qoymağa çağırdı.

Kanadanın Baş naziri Justin Trudeau Çindəki Tiananmen qırğınının 30-cu ildönümü çərçivəsində etdiyi danışmada, Çinin toplama düşərgələrindəki uyğur türklərinə və digər müsəlman azlıqlara zülmünə son qoymağa və koplama kamplarını ləğv etməsini istədi.

O, həmçinin Çinin insan haqlarını kobud şəkildə pozmasından narahat olduğunu bildirdi.

Kanadanın xarici işlər naziri Chrystia Freeland da Çin dövlətinin öldürdüyü, həbs etdiyi və ya ortadan qaldırdığı insanların aqibəti haqqında sessizliklerinə son vermələrinin lazım olduğunu ifadə etdi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın