Şənbə , Noyabr 28 2026
azfa

Kataloniyada istiqlalçıların mühakiməsinə kütləvi etirazlar başladı: 28 yaralı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kataloniya bölgəsində etirazçılarla polis arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində 28 nəfər yaralanıb. Yaralılar arasında 12 polis də var.

3 nəfər polisə müqavimətə görə saxlanılıb.

Hazırda Kataloniyanın bir sıra şəhərlərində, o cümlədən Barselonada İspaniya Ali Məhkəməsinin “Katalon işi”nə baxmasına etiraz olaraq mitinqlər keçirilir. Barselonada etirazçılar şəhər mərkəzi ilə ətraf rayonları birləşdirən dəmir yol xəttini bağlayıb. Təhlükəsizlik qüvvələri yalnız saat yarımdan sonra yolu aça biliblər.

 

Həmçinin yoxlayın

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

İbrahim Asimaninin vəziyyəti ilə bağlı məlumatsızlıq davam edir, azərbaycanlı fəalın səhhətindən narahatlıq artır

GADTB: İbrahim Asimaninin həbsindən 26 gün keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı heç bir məlumatın …

Bir cavab yazın