Çərşənbə , Oktyabr 21 2026
azfa

Keçmiş validən etiraf:”İran qəsdən Azərbaycanda sərmayə yatırmır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədəli Sübhanullahi Əliəkbər Vilayətinin sözlərinə toxunaraq İranın qəsdən Güney Azərbaycanda sərmaye yatırmadığını etiraf edib.

Sübhanullahinin İranın Azərbaycan bölgələrinə yad münasibəti və ayrı-seçkiliyi barədə etdiyi çıxışı sosial şəbəkələrdə geniş yayılıb.

Sübhanullahi etiraf edərək deyib ki, Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmayıb və bura başqa bölgələrə nisbətən ayrı-seçkiliklə üzləşib.  O həmçinin bu günədək əldə edilən uğurların yalnız Azərbaycanın özünün qazandığını, bunun mərkəzə aidiyyatı olmadığını deyib.

Sübhanullahi həmçinin deyib: “Bir vaxtlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib”.

Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu bildirmişdi. O demişdi ki, onsuz da Azərbaycan gec-tez İrandan ayrılacaq.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …