Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İordaniya kralı İrana bağlı terrorçuların hücumu ilə bağlı bu ölkəyə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İordaniya kralı ikinci Məlik Abdullah iyulun 24-də dərc edilən “Əl-Rəy” qəzetinə açıqlamasında bildirib ki, ölkəsi öz sərhədlərində İrana bağlı terrorçu qruplaşmaların müntəzəm hücumları ilə üzləşib.

O, bunu kəskin tənqid edərək, habelə digər ərəb ölkələri ikimi İordaniyanın da İranla yaxşı əlaqələr qurmaq niyyətində olduğunu bəyan edib, İslam Respublikasını öz davranışını dəyişməyə çağırıb.

İkinci Abdullah onu da qeyd edib ki, ölkəsi bölgədə gərginliyin tərəfdarı deyil və İordaniya hökuməti qarşılıqlı hörmətə, mehriban qonşuluq prinsipinə, digər ölkələrin suverenliyinə hörmət və onların daxili işlərinə qarışılmamasına əsaslanan əlaqələr yaratmaq istəyir. İordaniya kralı sonda əlavə edib ki, ölkəsi digər ərəb ölkələri kimi uyuşdurucu maddə və silah tranziti marşrutu üzərində yerləşir və qaçaqmalçılar bu ölkə üzərindən Avropaya qaçaq yollarla narkotik və silah daşımağa çalışırlar.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …