Cümə axşamı , Oktyabr 22 2026
azfa

Koronavirusun tüğyan etməsinə baxmayaraq azərbaycanlı fəal Cəfər Rüstəmirad zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun zindanlarda tüğyan etməsinə baxmayaraq irqçi fars rejim zəzuniyyəti bitən azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradı Tehranın Evin zindanına qaytardı. Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mayın 21-də həbs cəzasının qalan hissəsini çəkmək üçün zindana qayıdıb.

Qeyd edək ki, azərbaycanlı fəal aprelin 2-də vəsiqə girov qoyaraq müvəqqəti zaminə buraxılmışdı.

Rüstəmirad ailəsi ilə qısa telefon əlaqəsində Evin zindanının karantin bölməsində olduğunu bildirib. O deyib ki, 15 gün karantində saxlanıldıqdan sonra zindanın 8-ci bölməsinə köçürüləcək.

Cəfər Rüstəmirad 2018-ci ilin iyul ayında Babək Qalası Qurultayında iştirak etməsi ehtimalı olduğu üçün rejim tərəfindən yaxalanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın həbs hökmü Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində olduğu kimi təsdiqlənib. Azərbaycanlı fəal zindana müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icra edilib. Rustəmirad 2013-cü ildə Güney Azərbaycanın Traxtur və Birləşmiş Ərəb Əmirliklərinin Əlcəzirə komandalarının yarışı zamanı stadionda yaxalanmışdır.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın