Çərşənbə axşamı , May 19 2026
azfa

Kürd terrorizmini dəstəkləyən Rusiya İraq Kürdüstanına neft müqaviləsi çərçivəsində pul ödəyir

GADTB-nin mətbuat mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Rusiyanın “Rosneft” şirkəti ilə ve İraq Kurdustanı arasinda neft müqaviləsi imzalanıb. İmzalanan neft muqaviləsinin artıq detalları açıqlanıb. Bu barədə “RİA Novosti” xəbər agentliyinə İraqın kürd müxtariyyəti parlamentinin Maliyyə və iqtisadi məsələlər üzrə komitəsinin sədri İzzər Saber açıqlama verib.

Məlumata görə, İraq Kürdüstanı “Rosneft”lə müqavilədən əldə edəcəyi gəlirin 1 milyard dollarını regiondakı 5 neft blokunun inkişafına sərf edəcək.

Kürd parlamentar avans olaraq “Rosneft”in Kürdüstan muxtariyyətinə 1 milyard dollar ödədiyini söyləyib: “Bu məbləğ BƏƏ-nin “Dana Gas” neft-qaz şirkətinə olan borcu bağlamaq üçün istifadə olunub. İkinci milyardı isə Türkiyənin Ceyhan limanına qədər çəkiləcək qaz kəmərinin tikintisinə yatırmaq planlaşdırılır. Daha bir milyard dollar Kürdüstan regionundakı neft bloklarının inkişafına sərf olunacaq”.

Qeyd edək ki, Rusiya terrorçu PKK təşkilatını dəstəklədiyi kimi İraqda kürd muxtariyyətini də himayə edən əsas ölkələrdəndir.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …