Cümə axşamı , Oktyabr 22 2026
azfa

Məhəmməd Mahmudi və Nasir Xülusi vəsiqə qarşılığında zaminə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevralın 26-da irqçi fars rejimin təxminən 3 ay öncə noyabr ayında yaxaladığı azərbaycanlı milli-nədəni fəallar Nasir Xülusi və Məhəmməd Mahmudi mülki vəsiqə qarşılığında zaminə buraxılılarb.

Azərbaycanlı fəal Nasir Xülusi Təbrizdə doğulub və 40 yaşı var. Rejimin təhlükəsizlik orqanları inşaat mühəndisi olan fəalın işinə də maneçilik törədir.

Azərbaycanlı fəal Məhəmməd Mahmudi isə 1979-ci ildə Təbrizdə doğulub və evlidir. Kənd təsərrüfatı mühəndisliyi üzrə təhsil alan azərbaycanlı fəal evlidir və iki uşağı var.

Qeyd edək ki, Heç bir günahı olmadan noyabr etirazları dövründə yaxalanan azərbaycanlı milli-mədəni fəallar uzun müddət rejimin ETTELAAT İdarəsinin təcridxanasında işgəncə altında dindirilib, son zamanlar isə zindana köçürülmüşdülər.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın