Məhkəmənin qərarı ilə azərbaycanlı siyasi məhbus Lətif Həsəni azadlığa buraxıla bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsi azərbaycanlı siyasi məhbus Lətif Həsəninin həbs müddətinin azaldılması barədə qərar çıxarıb.

Bu barədə azərbaycanlı siyasi məhbus Lətif Həsəninin vəkili Cəfər Əfşarniya öz İnstagram səhifəsində məlumat paylaşıb.

Yeni qərarın “Həbs cəzalarını azaldılması üçün yeni qanunun icrası” çərçivəsində baş verdiyi bildirlir.

Dr. Lətif Həsəni haqqında yeni qərar keçən bazar günü Şərqi Azərbaycanın Apelliyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən çıxarılıb və qərara görə siyasi məhbusun həbs müddəti 9 ildən 6 il 8 aya endirilib.

Azərbaycanlı siyasi məhbus Lətif Həsəninin vəkili Cəfər Əfşarniyaya bu barədə bildiriş yazılı iddianamə ilə birgə göndərilib.

Həmin qərara əsasən, Lətif Həsəninin “Ölkənin təhlükəsizliyini pozmaq üçün qanunsuz təşkilat yaratmaq” ittihamına görə aldığı 8 il həbs cəzası 6 ilə, “Hökumətə qarşı təbliğat fəaliyyətlərində iştirak” ittihamına görə aldığı 1 il cəza isə 8 aya endirilib.

Qeyd edək ki, dr.Lətif Həsəninin 7 il 11 aydır ki, həbsdə saxlanılır. Həbs müddətinin azaldılmasını nəzərə alaraq qərarın zindanın “Qərarların icrası bölməsi”nə verilməsi ilə azərbaycanlı fəalın tezliklə azadlığa çıxacağı ehtimal edilir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …