Cümə axşamı , May 14 2026
azfa

Molla rejimi Əlireza Fərşiyə qarşı 8 ay həbs cəzasını təsdiqləyib

GADTB: Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi azərbaycanlı fəal Əlirza Fərşiyə qarşı 8 aylıq həbs cəzasını heç bir dəyişiklik olmadan təsdiqləyib.

Əlireza Fərşi əvvəllər Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi tərəfindən “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkum edilib.

Həmin azərbaycanlı fəal son illərdə azərbaycanlıların mədəni və dil hüquqlarının müdafiəsi, o cümlədən öz ana dilində təhsil tələbi və Beynəlxalq Ana Dili Günü ilə bağlı mərasimlər keçirməsi səylərinə görə dəfələrlə həbs edilib. O, “Hər Kəndə Ana Dilində Kitabxana” kampaniyasının təşəbbüskarıdır.

Əlirza Fərşi öz fəaliyyətində həmişə öz ana dilində təhsil hüququnu, etnik ayrı-seçkiliyin aradan qaldırılmasını, İranda azərbaycanlıların mədəni kimliyinin qorunub saxlanmasını önə çəkib.

Həmçinin yoxlayın

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Paşinyandan İranda 35 milyon türkün olmasına etiraf

GADTB: Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal …