Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Əhərdə azərbaycanlı milli fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Əhərdə azərbaycan milli fəal Saleh Molla Abbasini mühakimə edib.

İyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib.

Molla rejimin azərbaycanlı fəala qarşı “yalan məlumatlar yaymaq” ittihamı ilə bağlı məhkəməsinin son qərarını yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, azəərbaycanlı milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da rejimin məmurları tərəfindən həbs edilmişdi.

Azərbaycanlı fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …