Cümə , İyun 28 2024
azfa

Molla rejimi Ərdəbildə həbs etdiyi azərbaycanlı fəalı Mossad-a casusluqda ittiham edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranda yaşayan Ərdəbildə həbs etdiyi azərbaycanlı fəalı Mossad-a casusluqda ittiham edib.

Molla rejimin ETTELAAT məmurlarının iyunun 4-də Ərdəbil şəhərində həbs etdikləri sosial media fəalı və redaktor Hüseyn Şənbəzadəyə qarşı ağır ittiham irəli sürüblər.

Onun sosial media vasitəsilə Mossad-ın yüksəkrütbəli zabitləri ilə əlaqədə olduğu və ölkədən çıxmağa hazırlaşdığı vaxt Ərdəbil şəhərində saxlanıldığı iddia edilib.

“Müttəhim sosial media fəalı və redaktor pərdəsi altında Mossad-a lazım olan məlumatları toplayıb və onlara göndərib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, azərbaycanlı sosial media fəalı bundan əvvəl 12 sentyabr 2020-ci ildə hökumətə qarşı təbliğat” və “rəhbəri təhqir etmək” ittihamlarına görə 2 il 4 ay həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə …

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …