Cümə , İyul 17 2026
azfa

Molla rejimi Ərdəbildə öldürdüyü Əbülfəzl Cəhaninin ailəsinə təzyiq göstərir

GADTB: Ərdəbilin Niyar bölgəsinin sakini, sendviçxanada çalışan gənc Əbülfəzl Cəhani bu şəhərdə baş verən son etirazlar zamanı Ərdəbilin Əliabad məhəlləsində Sepaha-a bağlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirənlərdəndir.

Onun öldürülməsi xəbəri mediada yayımlandıqdan sonra, Əbülfəzl Cəhaninin ailəsi Ərdəbil vilayətində molla rejimin Kəşfiyyat İdarəsi tərəfindən ciddi psixoloji və mənəvi təzyiqlərə məruz qalıb. Ailəyə yaxın bir mənbənin bildirdiyinə görə, gəncin nəşi öldürülməsindən dörd gün sonra ailəsinə təhvil verilib.

Məlumata əsasən, təhlükəsizlik qurumları nəşin təhvil verilməsi üçün ailədən iri məbləğdə pul tələb ediblər. İlkin tələb olunan məbləğin təxminən 1,5 milyard tümən olduğu bildirilsə də, ailə sonda təxminən 700 milyon tümən ödədikdən sonra övladlarının nəşini ala bilib.

Eyni zamanda, nəş təhvil verildikdən sonra ailəyə məcburi müsahibə vermələri və övladlarının guya “terrorçular tərəfindən öldürüldüyünü” bəyan etmələri üçün təzyiq göstərildiyi bildirilir. Bu iddia isə şahid ifadələri və yerli mənbələrin yaydığı məlumatlarla ziddiyyət təşkil edir.

Yerlı hesabatlar göstərir ki, Ərdəbildə son etirazlar zamanı bir neçə nəfər həyatını itirib, çox sayda şəxs isə yaralanıb və ya saxlanılıb. Gücləndirilmiş təhlükəsizlik mühiti, ailələrin təhdid edilməsi və geniş informasiya məhdudiyyətləri səbəbindən qurbanların və saxlanılanların dəqiq sayı hələ də məlum deyil.

Həmçinin yoxlayın

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Molla rejimi Hörmüz boğazında daha bir gəmini vurub

GADTB: Bu gün molla rejimin Sepah terror təşkilatı Hörmüz boğazında daha bir gəmini vurulub. Britaniyanın …