GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildən olan tanınmış hüquqşünas, azərbaycanlı milli fəal 76 yaşlı Pərviz Siyabini ağır cinayətlər törətmiş məhbusların bölməsinə köçürüb.
Pərviz Siyabi ailəsi ilə qısa telefon danışığında Ərdəbildə rejimin mərkəzi zindanının 16-cı bölməsindən 1-ci bölməsinə köçürüldüyünü deyib.
Zindanın yeni bölməsində ağır cinayətlər törətmiş təhlükəli məhbusların saxlanıldığı, Pərviz Siyabinin yaşının çox olması və bir neçə xəstəlikdən əziyyət çəkdiyinə görə, ailəsi onun həyatının təhlükədə ola biləcəyindən nigərandırlar.
İllərdir ki, təhlükəsizlik qurumlarının göstərişi ilə İranda siyasi məhbuslara təzyiq göstərmək üçün onları ağır cinayətlər törətmiş təhlükəli məhkumlarla eyni bölmələrə salırlar.
Ərdəbildə yaşayan Pərviz Siyabi Gürcan noyabrın 9-da saxlanılaraq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanının 16-cı bölməsinə aparılıb.
Molla rejiminin şərlədiyi Pərviz Siyabi “Rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.
Molla rejimi ağsaqqal azərbaycanlı fəala qarşı həmçinin “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da ittiham edib.
Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.