Cümə , İyun 26 2026
azfa

Molla rejimi Astananın Bakı ilə yaxınlaşmasını özünə təhlükə hesab edir

GADTB: Nameh News saytı yazır: “Azərbaycanla Qazaxıstanın yaxınlaşması iqtisadi sazişlər, yol tikintisi və gəmiçilik sahəsində müxtəlif əməkdaşlıqlar vasitəsilə start götürüb, lakin o, yaxın illərdə siyasi mərhələyə də keçə bilər, belə olan halda, İranın şimalında böyük gücün formalaşması ehtimalı yüksəkdir.

Dünyanın və regionun siyasi şəraiti sürətlə dəyişir. İran Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə münaqişə və mübahisələrini həll edərkən, Tehranın Qafqaz və keçmiş SSRİ ərazilərindəki potensial rəqibləri güclənməkdədir. Siyasi gücü günü-gündən artan həmin ölkələrdən biri də Qazaxıstandır. Qazaxıstanın güclənməkdə olan digər ölkə – Azərbaycanla yaxınlaşması İranın şimalında bir sıra proseslər yarada bilər.

Qazaxıstanın Azərbaycanla yaxınlığı və Xəzər dənizi ərazisində yeni gücün meydana çıxması

“National Interest” nəşri Qazaxıstanın strateji mövqeyini və hazırda olduğu xüsusi vəziyyətini nəzərdən keçirdikdən sonra Qazaxıstanın Azərbaycanla yaxınlaşması ehtimalının yüksək olduğunu vurğulayır.

Qeyd edilir ki, bu iki ölkə Xəzərin hər iki sahilində yerləşir və hər ikisi Sovet İttifaqından ayrılmış ölkələr sırasındadır ki, bu da onların tarixi, mədəni və coğrafi yaxınlığını göstərir.

Sitat: “Bu iki ölkənin hər birinin müxtəlif iqtisadi resursları var. Qazaxıstanla yanaşı, Azərbaycan da Cənubi Qafqazda mühüm oyunçudur və Avropa ilə Asiyanı birləşdirən neft və qaz təchizatı üçün vacib tranzit qovşağı sayılır. Azərbaycan və Qazaxıstan arasında bu yaxınlarda imzalanmış ikitərəfli saziş bu iki ölkəni həmişəkindən daha çox bir-birinə yaxınlaşdıra bilər”./Azad İran

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …