Çərşənbə axşamı , May 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Ərdəbilli milli fəal Meysəm Colanini mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı milli fəal Meysəm Colanini noyabrın 29-da Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 7-ci şöbəsində mühakimə edib.

Kamyar Sılimin sədrliyi ilə keçiriləni məhkəmə iclasında azərbaycanlı milli fəal ona qarşı irəli sürülən ““Milli təhlükəsizliyə xələl gətirmək üçün toplaşmaq” ittihamı ilə bağlı özünü müdafiə edib.

Qeyd edək ki, azərbaycanlı fəal Meysəm Colani sentyabrın 22-də həbs edilib və noyabrın 6-da 300 miliyon tümən girov qarşılığında məhkəmə prosesinin sonuna qədər zaminə buaxılıb.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …