Cümə axşamı , May 21 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Səfiyə Qarabağiyə qarşı ittiham irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin ETTELAAT İdarəsinin məmurlarının Zənganda həhs etdiyi qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti sosial şəbəkədə bununla bağlı məlumat paylaşıb.

Ruzbeh Səadəti Səfiyə Qarabağinin Zəngan şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında saxlanıldığını yazıb.

Ruzbeh Səadəti yazıb: “Təhlükəsizlik idarəsinin təcridxanasından zəng edən həyat yoldaşım ona qarşı “hökumətə qarşı təbliğat” ittihamının irəli sürüldüyünü dedi.

O, gündüzlər ETTELAAT təcridxanasında saxlanılsada, gecələr başqa yerə köçürülür və orada nə müddət  saxlanılacağı barədə məlumat verilmir”.

Qeyd edək ki, Səfiyə Qarabaği bundan öncə də insan haqları ilə bağlı fəaliyyətlərinə görə təzyiqlər və həbslə qarşılaşıb.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı …